Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi oktyabrda 19% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi oktyabrda 19% artıb
  • Clock-gray 16:56
  • calendar-gray 25 Noyabr 2020

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 207,6 mln. manat həcmində ipoteka krediti verib ki, bu da illik müqayisədə 61,8 mln. manat və ya 62,4% çoxdur.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, təkcə oktyabr ayında dövlət xətti ilə 27,1 mln. manatlıq ipoteka kreditləri götürülüb ki, bu  da aylıq müqayisədə 4,4 mln. manat və ya 19,4% çoxdur.

Qeyd edək ki, İKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi yanvar-sentyabrda 109,6 mln. manat bərabər olub. Bu, illik müqayisədə 47,2% azdır. Təkcə sentyabrda 29,1 mln. manatlıq yenidən maliyyələşdirilmiş ipoteka kreditləri verilib ki, bu da aylıq ifadədə 89% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər