Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi ötən ay 41% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi ötən ay 41% azalıb
# 23 fevral 2021 13:34 (UTC +04:00)

2021-ci ilin yanvar ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 16,9 mln. manat həcmində ipoteka krediti verib ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 41,4% azalıb.

Qeyd edək ki, İKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 2021-ci ilin yanvar 19,9 mln. manat bərabər olub. Bu, aylıq müqayisədə 21,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR