Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi sentyabrda 12%-dən çox azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi sentyabrda 12%-dən çox azalıb
# 27 oktyabr 2020 17:43 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 180,5 mln. manat həcmində ipoteka krediti verib ki, bu da illik müqayisədə 61,8 mln. manat və ya 52,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, təkcə sentyabr ayında dövlət xətti ilə 22,7 mln. manatlıq ipoteka kreditləri verilib ki, bu da əvvəlki ayla müqayisədə 3,2 mln. manat və ya 12,4% azdır.

Bundan başqa, İKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi yanvar-sentyabrda 80,5 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,3 dəfə azdır. Təkcə sentyabrda 15,4 mln. manatlıq yenidən maliyyələşdirilmiş ipoteka kreditləri verilib ki, bu da aylıq müqayisədə 35% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR