Azərbaycanda fiziki şəxslərin manat əmanətləri 27% artıb

Azərbaycanda fiziki şəxslərin manat əmanətləri 27% artıb
# 13 dekabr 2019 14:00 (UTC +04:00)

Azərbaycanda fiziki şəxslərin banklardakı manatla olan əmanətləri ilin əvvəlindən 26,9% və ya 845,25 mln. manat artaraq dekabrın 1-nə 3 987,5 mln. manata yüksəlib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin artması milli valyutada yığımların cəlbediciliyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR