Azərbaycanda geniş pul kütləsi 1% artıb

Azərbaycanda geniş pul kütləsi 1% artıb
# 26 yanvar 2021 16:52 (UTC +04:00)

2020-ci ilin yekununa əsasən, Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 29 185,8 mln. manat təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 1,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 7,5% artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) yanvarın 1-nə 10 773,4 mln. manat təşkil edib. Bu illik müqayisədə 13,4%, aylıq müqayisədə isə 6% çoxdur.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR