Azərbaycanda geniş pul kütləsi yanvarda 3,7% azalıb

Azərbaycanda geniş pul kütləsi yanvarda 3,7% azalıb
# 23 fevral 2021 13:14 (UTC +04:00)

2021-ci ilin yanvarın 31-nə Azərbaycanda manatla geniş pul kütləsinin həcmi 19 488,3 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 8,6% artıb.

Hesabata əsasən, ümumi geniş pul kütləsinin (M3) həcmi 28 112,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 1,5%, aylıq müqayisədə isə 3,7% azdır.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR