Azərbaycanda gələn il büdcə daxilolmalarının 45,8%-i qeyri-neft sektorunun payına düşəcək

Azərbaycanda gələn il büdcə daxilolmalarının 45,8%-i qeyri-neft sektorunun payına düşəcək
# 23 dekabr 2020 14:05 (UTC +04:00)

Qarşıdakı ildə Azərbaycanda büdcə daxilolmalarının 45,8%-ni qeyri-neft sektoru üzrə daxilolmaların təşkil edəcəyi proqnozlaşdırılır.

APA-nın məlumatına görə, qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 48,7%-i və ya 5 674,0 mln. manatını vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edəcək. 2021-ci il üçün büdcə-vergi siyasətinin prioritet istiqamətləri ilə bağlı təhlilin nəticələrinə görə, büdcə daxilolmaların 33,5%-ni və ya 3 900,0 mln. manatını gömrük orqanlarının xətti ilə daxilolmaların payına düşəcəyi gözlənilir.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transferti 7,6% və ya 880 mln. manat olacağı ehtimal olunur.

Mərkəzi Bankın mənfəətindən ayırmaların payı 2,1% və ya 250 mln. manat, 8,1% və ya 947 mln. manat isə digər gəlirlər təşkil edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR