Azərbaycanda gələn il dövlət büdcəsindən nəqliyyat və rabitə xərclərinə 209 mln. manata yaxın vəsait ayrılacaq

Azərbaycanda gələn il dövlət büdcəsindən nəqliyyat və rabitə xərclərinə 209 mln. manata yaxın vəsait ayrılacaq
# 21 dekabr 2020 12:38 (UTC +04:00)

Nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsindən 208,7 mln. manat vəsait proqnozlaşdırılmışdır.

"APA-Economics"in məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Həmin məbləğdən “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün 10,0 mln. manat (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi), “Bakı Metropoliteni” QSC üçün 39,2 mln. manat (sərnişindaşıma xidmətlərinə görə subsidiyanın verilməsi), “Azərkosmos” ASC üçün 27,3 mln. manat vəsait nəzərdə tutulmuşdur.

Dövlət orqanları üçün lisenziyalı kompüter proqramlarının alınması, “Hökumət buludu”nun (G-cloud) yaradılması və bu sistemə qoşulmuş qurumlar üzrə müvafiq xidmət xərclərinin örtülməsi və digər zəruri xərclərin maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən 19 mln. manat vəsait ayrılacaqdır. 2021-ci ilin dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 1 mln. manat təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR