Azərbaycanda gümüşün qiyməti dördaylıq minimuma enib

Azərbaycanda gümüşün qiyməti dördaylıq minimuma enib
  • Clock-gray 17:51
  • calendar-gray 30 Mart 2021

Bu gün Azərbaycanda gümüşün qiyməti 1,2% azalaraq bir unsiya üçün 41,7995 manat təşkil edib ki, bu da son dörd ayda qeydə alınmış ən aşağı göstəricidir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə gümüşün bundan aşağı dəyəri 2020-ci ilin dekabrın 15-də qeydə alınıb – 40,8359 manat. Sözügedən qiymətli metalın bu il ən yüksək qiyməti fevralın 1-i olub – 48,3143 manat. Həmin tarixindən bəri gümüşün dəyəri 13,5% azalıb.

Qeyd edək ki, hazırda "Comex"də (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün bir unsiyası 24,8 ABŞ dollarına (42,16 manat) ticarət olunur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər