Azərbaycanda əhalinin bank əmanətləri 11% azalıb

Azərbaycanda əhalinin bank əmanətləri 11% azalıb
# 31 may 2020 17:32 (UTC +04:00)

Bu ilin may ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 758 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 493,7 mln. manat və ya 6% azalıb.

Ötən ilin eyni dövrünə nisbətən bu göstərici 957 mln. manat və ya 11% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR