Bu ilin aprelin 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2,8% azalaraq 8 147,5 mln. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, əmanətlərin 50,3%-i xarici valyutadadır, bu da aylıq müqayisədə 0,2 faiz bəndi çoxdur.
Qeyd edək ki, əmanətlərinin dollarlaşma səviyyəsi 2015-ci ilin yanvar ayından bəri ən aşağı səviyyədə qalmaqdadır.