Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən il 6,7% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən il 6,7% artıb
# 21 yanvar 2020 17:46 (UTC +04:00)

2019-cu ildə Azərbaycanın ictimai iaşə dövriyyəsi 2018-ci illə müqayisədə real ifadədə 6,7% artaraq 1 655,2 mln. manat olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,3%-i hüquqi şəxslərin, 57,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci illə müqayisədə 6,4% artaraq 694,4 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR