Azərbaycanda ictimai iaşə dövriyyəsi pandemiyaya görə iki dəfədən çox azalıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi pandemiyaya görə iki dəfədən çox azalıb
# 16 dekabr 2020 14:28 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 682,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə azdır.

"Kəskin azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması göstərilir", - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR