Azərbaycanda illik inflyasiya 2,8% təşkil edib

Azərbaycanda illik inflyasiya 2,8% təşkil edib
# 11 noyabr 2020 12:07 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101% təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

“Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2%, əvvəlki ilin oktyabr ayına nisbətən 102,3% təşkil edib. Oktyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, əvvəlki ilin oktyabr ayına nisbətən 104,4% təşkil edib”, - açıqlamada deyilir.

2020-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin oktyabr ayına nisbətən 101,4% təşkil edib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100%, əvvəlki ilin oktyabr ayına nisbətən isə 100,3% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR