Azərbaycanda illik inflyasiya 3,7% təşkil edib

Azərbaycanda illik inflyasiya 3,7% təşkil edib
# 15 mart 2021 12:04 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 103,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9%, qeyri-ərzaq məhsulları üzrə 103,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3% təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6%, əvvəlki ilin fevral ayına nisbətən 104,2% təşkil edib.

2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1%, əvvəlki ilin fevral ayına nisbətən 105,2% təşkil edib. Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, əvvəlki ilin fevral ayına nisbətən 103,7% təşkil edib. Fevralda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102%, əvvəlki ilin fevral ayına nisbətən 103,3% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR