Azərbaycanda inşaat və tikinti sektorunun kreditləşməsində rekord göstərici qeydə alınıb

Azərbaycanda inşaat və tikinti sektorunun kreditləşməsində rekord göstərici qeydə alınıb
# 03 aprel 2021 10:58 (UTC +04:00)

Bu ilin fevralın 1-nə Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi 688 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin iyun ayından bəri qeydə alınmış ən yüksək göstəricidir. Son bir ayda sözügedən kreditlərin həcmi 30,5%, son bir ildə isə 48,1% artıb.

Qeyd edək ki, sözügedən sahəyə yönəldilən kreditlər ümumi ölkə üzrə kredit qoyuluşlarının 4,7%-ni təşkil edib. Bu, illik müqayisədə 1,7 faiz bənd çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR