Azərbaycanda istehlak bazarının həcmi 7,6% azalıb

Azərbaycanda istehlak bazarının həcmi 7,6% azalıb
# 16 dekabr 2020 14:22 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 42 mlrd. manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,6% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,3% azalaraq 40,5 mlrd. manata bərabər olub, onun 51%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 382,3 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 23 manat az vəsait xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR