Azərbaycanda istehlak kreditləşməsi 32% artıb

Azərbaycanda istehlak kreditləşməsi 32% artıb
# 01 aprel 2020 12:30 (UTC +04:00)

Bu ilin martın 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 1 731,3 mln. manat və ya 32,2% artaraq 7 099,5 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ev təsərrüfatlarına kredit qoyuluşu aylıq müqayisədə 94,5 mln. manat və ya 1,3% artıb.

İstehlak kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 45,2% təşkil edib və ötən ay ilə müqayisədə dəyişməz olaraq qalıb. 2019-cu ilin eyni ayı ilə isə müqayisədə isə 3,8 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR