Azərbaycanda istehlak kreditləşməsi ötən il 10%-dən çox azalıb

Azərbaycanda istehlak kreditləşməsi ötən il 10%-dən çox azalıb
  • Clock-gray 18:03
  • calendar-gray 26 Yanvar 2021

Bu ilin yanvarın 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi 5% azalaraq 14 157 mln. manata enib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, portfelin əsas hissəsinin (59,9%) təşkil edən biznes kreditlərin həcmi 2020-ci il ərzində 6,1% azalaraq 8 478,3 mln. manat təşkil edib. Ümumi portfelin 25,9%-i təşkil edən istehlak kreditləri ilin əvvəlindən 10,2% azalaraq 3 661,2 mln. manata enib.

İpoteka kreditlərinə gəldikdə, onların həcmi ümumi portfeldə payı 14,2% təşkil edir və ilin əvvəlindən 12,5% artaraq 2 017,5 mln. manata çatıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər