Azərbaycanda istehlakçıların əczaçılıq məhsullarına xərcləri dekabrda pik həddə çatıb - QRAFİK

Azərbaycanda istehlakçıların əczaçılıq məhsullarına xərcləri dekabrda pik həddə çatıb - QRAFİK
# 18 yanvar 2021 17:27 (UTC +04:00)

COVID-19 pandemiyasının başladığı dövrdən bu yana (aprel-dekabr ayları) Azərbaycan istehlakçıları pərakəndə ticarət şəbəkəsində 604,2 mln. manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb.

"APA-Economics" Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2019-cu ilin aprel-dekabr ayları ilə müqayisədə 44,7% çoxdur.

Qeyd edək ki, 2020-ci ildə əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar ən çox dekabr ayında xərcləyib – 104,2 mln. manat. Pandemiyanın əvvəlindən sözügedən məhsulların ən az alındığı ay isə oktyabr olub – 55,1 mln. manat. 2019-cu ildə isə satışların ən zəif getdiyi ay aprel olub (31,8 mln. manat).

Beləliklə, pandemiya fonunda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının satışının kəskin artmasına baxmayaraq, pik satış həcmləri 2020-ci ildə 2019-cu il kimi (76,7 mln. manat) dekabra təsadüf edib.

2020-ci ilin pandemiya və 2019-cu ilin analoji dövründə aylar üzrə Azərbaycan əhalisinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərcləri:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR