Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb

Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
# 01 avqust 2020 13:20 (UTC +04:00)

Bu ilin iyul ayının 1-nə Azərbaycanda kənd təsərrüfatı sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 50,8 mln. manat və ya 10,1% artaraq 552,7 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, kənd təsərrüfatı sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 30,2 mln. manat və ya 5,2% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 3,8% təşkil edib. İllik müqayisədə bu göstərici 0,1 faiz bəndi artıb, aylıq müqayisədə isə 0,1 faiz bəndi azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR