Azərbaycanda kompüter satışları 2,3% artıb

Azərbaycanda kompüter satışları 2,3% artıb
# 15 mart 2021 12:32 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 43,2 mln. manat xərcləyib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2,3% və ya 1 mln. manat artıb.

Cari ilin fevral ayında satışlar yanvar ayı ilə müqayisədə isə 2,7% və ya 0,6 mln. manat azalıb.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrünün göstəricisinə bərabər olaraq qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR