Azərbaycanda kompüter satışları 2,8% artıb

Azərbaycanda kompüter satışları 2,8% artıb
# 14 aprel 2021 15:40 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 65,4 mln. manat xərcləyib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2,8% və ya 1,8 mln. manat artıb.

Cari ilin mart ayında satışlar fevral ayı ilə müqayisədə isə 4,2% və ya 0,9 mln. manat artıb.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrünün göstəricisinə bərabər olaraq qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR