Azərbaycanda könüllü həyat sığortası bazarı 33% artıb

Azərbaycanda könüllü həyat sığortası bazarı 33% artıb
  • Clock-gray 12:10
  • calendar-gray 07 Aprel 2020

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar-fevral ayları ərzində könüllü həyat sığortası üzrə 33 039 min manat haqq yığılıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Könüllü həyat sığortası üzrə yığımların həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33% artım qeydə alınıb.

Hesabata əsasən, sığorta haqlarının 26 261 min manatını həyatım yaşam sığortası, 6 608 min manatını həyatın ölüm halından sığortası, 120 min manatını əmək qabiliyyətinin sığortası və 49,8 min manatının sağalmaz xəstəliklərin sığortası əhatə edib.

Eyni zamanda, hesabat dövründə sığorta şirkətləri tərəfindən könüllü həyat sığortası üzrə cəmi 20 866 min manat sığorta ödənişi həyata keçirilib. Bu isə öz növbəsində əvvəlki ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin 77,6% artması deməkdir.

Bildirək ki, ödənişlərin 20 639 min manatı həyatın yaşam sığortası, 227 min manatı həyatın ölüm halından sığortası üzrə həyata keçirilib.

Nərmin Rəhimova

Digər xəbərlər