Azərbaycanda könüllü sığorta bazarı icbari sığortanı üstəliyib

Azərbaycanda könüllü sığorta bazarı icbari sığortanı üstəliyib
# 18 fevral 2021 13:06 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda icbari sığorta üzrə yığımlar 225 865,4 min manat, ödənişlər isə 86 411,89 min manat təşkil etdiyi halda, könüllü sığorta bazarında bu göstəricilər müvafiq olaraq 502 768,7 min manat və 378 741,23 min manata bərabər olub.

"APA-Economics"in Azərbaycan Sığortaçılar Assosiasiyasının illik bülleteninə istinadən verdiyi məlumata görə, könüllü sığortanın ümumi bazardakı payı yığımlar üzrə icbari sığortadan 38 faiz bəndi, ödənişlər üzrə isə 62% bəndi çoxdur.

Qeyd edək ki, həyat sığortasında könüllü sığorta bazarının icbari sığorta bazarı üzərində üstünlüyü çox yüksək olsa da (yığımlar üzrə 64 faiz bəndi, ödənişlər üzrə 98 faiz bəndi), qeyri-həyat sığorta məhsullarında bu fərq daha az gözəçarpandır və müvafiq olaraq 20 faiz bəndi və 8 faiz bəndi təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR