Azərbaycanda könüllü tibbi sığorta bazarı 8%-dək artıb

Azərbaycanda könüllü tibbi sığorta bazarı 8%-dək artıb
# 02 oktyabr 2020 17:13 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 76 768 min manat sığorta haqqı toplanıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 7,6% artıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 43 519,5 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR