Azərbaycanda korporativ bank kartlarının mövcud imkanlarına yenidən baxılacaq

Azərbaycanda korporativ bank kartlarının mövcud imkanlarına yenidən baxılacaq
# 09 fevral 2021 17:35 (UTC +04:00)

Fərdi sahibkar və hüquqi şəxslər üçün emissiya edilən korporativ bank kartlar üzrə mövcud imkanlara yenidən baxılması məqsədilə aidiyyəti dövlət qurumları ilə müzakirələrin birgə davam etdirilməsi qərara alınıb.

Azərbaycan banklar Assosiasiyasından "APA-Economics"ə verilən məlumata görə, bu kartlar vasitəsilə aparılan əməliyyatlar üzrə mövcud imkanlar Azərbaycan Mərkəzi Bankı və bank ictimaiyyətinin nümayəndələrinin geniş tərkibli görüşündə müzakirə edilib.

Rəqəmsal ödənişlər sahəsində mövcud normativ-hüquqi çərçivə və onun tələblərinə toxunulduğu bu görüşdə, rəqəmsal ödənişlərin inkişafı və əhatə dairəsinin genişləndirilməsi, iqtisadi subyektlərin rəqəmsal ödənişlərin üstünlüklərindən yararlanması baxımından korporativ kartlarla aparılan rəqəmsal ödənişlər üzrə qarşıya çıxan məsələlərin həlli zərurəti qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR