Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 19% azalıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 19% azalıb
  • Clock-gray 10:06
  • calendar-gray 02 İyun 2020

Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin aprel ayı ərzində 107 mln. manat həcmində əməliyyat həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 33,5% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 19,5% azalma qeydə alınıb.

Aprel ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 26 mln. manatı ATM, 34 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 36 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 96 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 33,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,6 % azalma deməkdir.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 10 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 37,5%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 33,3% azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər