Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi noyabrda 15%-dək azalıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi noyabrda 15%-dək azalıb
# 26 dekabr 2020 13:29 (UTC +04:00)

Bu ilin noyabr ayı ərzində Azərbaycanda dövriyyədə olan kredit kartları ilə 179 mln. manat həcmində əməliyyatlar həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 14,7% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 21,8% artım qeydə alınıb.

Noyabr ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 42 mln. manatı ATM, 72 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 42 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 157 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 11,5% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 26,8% çoxdur.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 23 mln. manat həcmində əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 35,3%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə dəyişməz olaraq qalıb.

Qeyd edək ki, bu ilin dekabrın 1-nə ölkədə dövriyyədə ümumi olaraq 1,073 mln. vahid kredit kartı var. Bu illik müqayisədə 42,9%, aylıq müqayisədə isə 0,7% çoxdur. Kredit kartları dövriyyədə olan ödəniş kartlarının ümumi sayında 7,2% paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR