Azərbaycanda kreditlərin dollarizasiyası beşillik minimuma enib

Azərbaycanda kreditlərin dollarizasiyası beşillik minimuma enib
  • Clock-gray 15:23
  • calendar-gray 26 Noyabr 2020

Bu ilin oktyabr ayının 30-na Azərbaycandakı bankların kredit portfelinin həcmi 3,3% azalaraq 14 409,3 mln. manata enib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, oktyabrın 30-na ölkədəki bankların kredit portfelinin 30,6%-i (4 531,7 mln. manat) xarici valyutada olan kreditlər təşkil edib. Bu nisbət 2015-ci ilin yanvar ayından bəri (fevral ayında manat birinci devalvasiyaya uğramışdı) ən aşağı göstəricidir.

Qeyd edək ki, xarici valyutada olan kreditlərin əsas hissəsini uzunmüddətli kreditlər təşkil edib. Onların payı 76,2%-ə (4 038,2 mln. manat) bərabər olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər