Azərbaycanda kreditlərin dollarizasiyası devalvasiyadan əvvəlki səviyyəyə yaxınlaşır

Azərbaycanda kreditlərin dollarizasiyası devalvasiyadan əvvəlki səviyyəyə yaxınlaşır
# 25 dekabr 2020 15:05 (UTC +04:00)

Bu ilin dekabr ayının 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi illik 2,9% azalaraq 14 681,3 mln. manata enib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, dekabr ayının 1-nə ölkədəki bankların kredit portfelinin 30,03% (4 408,5 mln. manat) xarici valyutada olan kreditlər təşkil edib. Bu göstərici son bir ildə 5,15 faiz bəndi, son iki ildə isə 7,2 faiz bəndi azalıb. Kreditlərin dollarizasiyası səviyyəsi sonuncu dəfə bundan az 2015-ci ilin fevralın 1-də olub və 27% təşkil edirdi.

Qeyd edək ki, xarici valyutada olan kreditlərin əsas hissəsini uzunmüddətli kreditlər təşkil edib. Onların payı 83,4%-ə (3 675,4 mln. manat) bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR