Azərbaycanda ləğv olunan 4 bank üzrə 614 mln. manatdan çox kompensasiya ödənilib

Azərbaycanda ləğv olunan 4 bank üzrə 614 mln. manatdan çox kompensasiya ödənilib
  • Clock-gray 14:25
  • calendar-gray 21 Dekabr 2020

Bu ilin iyunun 16-dan dekabrın 18-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 234,29 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF)  "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 554 əmanətçiyə 108,99 mln. manat, "NBCBank" üzrə isə 4 137 əmanətçiyə 125,3 mln. manat kompensasiya verilib.

İyunun 1-dən dekabrın 18-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 379,98 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 728 əmanətçiyə ödənilən məbləğ 138,74 mln. manat, "Atabank" üzrə isə 9 674 əmanətçiyə 241,23 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, dekabrın 18-nə 24 093 əmanətçiyə bu məbləğin 614,2 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 90,8%-i təmin olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər