Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 81%-i təmin olunub

Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 81%-i təmin olunub
# 23 oktyabr 2020 15:15 (UTC +04:00)

Bu ilin iyunun 16-dan oktyabrın 22-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 195,4 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 302 əmanətçiyə 80,82 mln. manat, "NBCBank" üzrə isə 4 014 əmanətçiyə 114,58 mln. manat kompensasiya verilib.

İyunun 1-dən oktyabrın 22-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 350,88 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 641 əmanətçiyə ödənilən məbləğ 133,59 mln. manat, "Atabank" üzrə isə 9 375 əmanətçiyə 217,29 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, oktyabrın 22-nə 23 332 əmanətçiyə bu məbləğin 546,3 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin təxminən 81%-i təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR