Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 88%-i təmin olunub

Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 88%-i təmin olunub
# 27 noyabr 2020 13:00 (UTC +04:00)

Bu ilin iyunun 16-dan noyabrın 24-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 225,48 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 481 əmanətçiyə 105,35 mln. manat, "NBCBank" üzrə isə 4 094 əmanətçiyə 120,13 mln. manat kompensasiya verilib.

İyunun 1-dən noyabrın 24-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 372,06 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 689 əmanətçiyə ödənilən məbləğ 138,03 mln. manat, "Atabank" üzrə isə 9 615 əmanətçiyə 234,03 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, noyabrın 24-nə 23 879 əmanətçiyə bu məbləğin 597,5 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 88,4%-i təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR