Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 93%-i təmin olunub

Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 93%-i təmin olunub
  • Clock-gray 11:48
  • calendar-gray 08 Mart 2021

2020-ci ilin iyunun 16-dan bu ilin martın 3-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 244,31 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 685 əmanətçiyə 113,08 mln. manat, "NBCBank" üzrə isə 4 213 əmanətçiyə 131,22 mln. manat kompensasiya verilib.

Ötən ilin iyunun 1-dən bu ilin martın 3-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 383,16 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 800 əmanətçiyə ödənilən məbləğ 139,89 mln. manat, "Atabank" üzrə isə 9 778 əmanətçiyə 243,27 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, martın 3-nə 24 476 əmanətçiyə bu məbləğin 627,4 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 93%-i təmin olunub.

 

Hüseyn Vəliyev

Digər xəbərlər