Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə 550 mln. manat kompensasiya ödənilib

Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə 550 mln. manat kompensasiya ödənilib
# 30 oktyabr 2020 11:21 (UTC +04:00)

Bu ilin iyunun 16-dan oktyabrın 29-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 196,14 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 345 əmanətçiyə 81,42 mln. manat, "NBCBank" üzrə isə 4 037 əmanətçiyə 114,72 mln. manat kompensasiya verilib.

İyunun 1-dən oktyabrın 29-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 353,60 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 657 əmanətçiyə ödənilən məbləğ 133,79 mln. manat, "Atabank" üzrə isə 9 499 əmanətçiyə 219,80 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, oktyabrın 29-na 23 539 əmanətçiyə bu məbləğin 549,75 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin təxminən 81,3%-i təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR