Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə 621 mln. manatdan çox kompensasiya ödənilib

Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə 621 mln. manatdan çox kompensasiya ödənilib
# 30 yanvar 2021 10:54 (UTC +04:00)

2020-ci ilin iyunun 16-dan bu ilin yanvarın 28-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 239,68 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 629 əmanətçiyə 111,03 mln. manat, "NBCBank" üzrə isə 4 183 əmanətçiyə 128,65 mln. manat kompensasiya verilib.

Ötən ilin iyunun 1-dən bu ilin yanvarın 28-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 381,94 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 765 əmanətçiyə ödənilən məbləğ 139,53 mln. manat, "Atabank" üzrə isə 9 723 əmanətçiyə 242,40 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, yanvarın 28-nə 24 300 əmanətçiyə bu məbləğin 621,6 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 92%-i təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR