Azərbaycanda maliyyə sektorunun işçi bazası 12% artıb

Azərbaycanda maliyyə sektorunun işçi bazası 12% artıb
# 24 mart 2020 13:22 (UTC +04:00)

Bu il fevralın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin 28,3 min nəfəri maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə işçilərin sayı 3,1 min və ya 12,3% artıb. İşçilərin 5,3 min nəfəri və ya 18,7%-i dövlət, 23,0 min nəfəri və ya 81,3%-i isə özəl sektorda işləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4% və 12,8% artım qeydə alınıb.

Qeyd edək ki, cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,9 min nəfər, qeyri-dövlət sektorunda isə 729,1 min nəfər təşkil edib.

Rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında maliyyə sahəsində orta aylıq nominal əməkhaqqı 1 607,5 manat, o cümlədən dövlət sektorunda 1 567,5, özəl sektorda 1 616,7 manat olub. Beləliklə, maliyyə sahəsində orta aylıq əməkhaqqında illik 7,9% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR