Azərbaycanda manatla pul bazası artıb

Azərbaycanda manatla pul bazası artıb
# 01 iyun 2020 17:40 (UTC +04:00)

Bu ilin iyunun 1-nə Azərbaycanda manatla pul bazası 10 921,2 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 855,5 mln. manat və ya 8,5% artıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, cari ilin əvvəlindən bu göstərici 1 231,3 mln. manat və ya 10,1% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 748,8 mln. manat və ya 7,4% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR