Azərbaycanda manatla pul bazası 32% artıb

Azərbaycanda manatla pul bazası 32% artıb
# 01 aprel 2021 13:10 (UTC +04:00)

Bu ilin martın 1-nə Azərbaycanda manatla pul bazası 13 315,0 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, son bir ayda manatla pul bazası 3,5%, illik müqayisədə isə 32,3% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR