Bu ilin noyabrın 30-na Azərbaycanda manatla pul bazası 11 803,6 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 2,5% azalıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 10,6% artıb, ilin əvvəli ilə müqayisədə isə bu göstərici 2,9% azalıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.