Azərbaycanda manatla pul bazası ötən il 11%-dən çox artıb

Azərbaycanda manatla pul bazası ötən il 11%-dən çox artıb
# 06 yanvar 2021 15:54 (UTC +04:00)

Bu ilin yanvarın 1-nə Azərbaycanda manatla pul bazası 13 564,2 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin ərzində ölkədə manatla pul bazası 1 411,7 mln. manat və ya 11,6% artıb.

Təkcə dekabr ayında isə manatla pul bazası 1 760,6 mln. manat və ya 14,9% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR