Azərbaycanda əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsinə dair proqram hazırlanır

Azərbaycanda əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsinə dair proqram hazırlanır
  • Clock-gray 17:32
  • calendar-gray 19 Oktyabr 2020

Azərbaycanda əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsinə dair proqram üzərində işlər aparılır.

Bunu "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırda Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparılır: "Biz risk əsasında sığorta modelinə keçməyi planlaşdırırıq. Lakin bu, qısa bir müddətdə icra olunacaq məsələ deyil. Müəyyən araşdırmalar və zaman tələb olunur. Ona görə də sözügedən məsələ bir qədər vaxt aparacaq".

Hüseyn Vəliyev

Digər xəbərlər