Azərbaycanda əmanətlərin tam sığortalanmasının müddəti 4 ay uzadılır

Azərbaycanda əmanətlərin tam sığortalanmasının müddəti 4 ay uzadılır
# 07 dekabr 2020 16:26 (UTC +04:00)

Azərbaycanda əmanətlərin tam sığortalanması müddətinin daha dörd ay uzadılacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə artıq Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Layihədə müddətin daha dörd ay müddətinə uzadılması təklif olunur. Bununla yanaşı, sözügedən Qanunun müddəti bitəndən sonra kompensasiya olunan əmanətlərin həddini əvvəlki 30 min manatdan 100 min manatadək artırılması təklif edilir.

Xatırladaq ki, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək və əmanətçilərin bank sisteminə etibarını artırmaq məqsədilə Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" Qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR