Azərbaycanda minik avtomobilləri 3%-dək ucuzlaşıb

Azərbaycanda minik avtomobilləri 3%-dək ucuzlaşıb
# 22 fevral 2020 12:07 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda minik avtomobillərinin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinin açıqladığı istehlak qiymətləri indeksinə istinadən verdiyi xəbərə görə, ay ərzində isə minik avtomobillərinin qiyməti sabit qalıb.

Bununla belə, minik avtomobillərinin ehtiyat hissələri hesabat ayı ərzində 0,2%, illik müqayisədə isə 0,7% bahalaşıb.

Qeyd edək ki, ötən ilin yanvar ayında avtomobil qiymətlərində ucuzlaşma illik 0,5% təşkil etmişdi.

Rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında velosipedlərin qiymətlərində illik 3% artım müşahidə olunub. 2019-cu ildə isə bu məhsul üzrə bahalaşma 1,7% olub. Təkcə yanvar ayı ərzində isə velosipedlərin qiyməti 0,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR