Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 2% azalıb

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 2% azalıb
# 15 mart 2021 10:35 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 145 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 40,9%-ni təşkil edib.

"Cari ilin ilk iki ayında informasiya və rabitə müəssisələri tərəfindən 354,9 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 4,5% azalıb", - deyə komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR