Azərbaycanda ödənişli xidmətlərdən əldə olunan gəlirlər 16% azalıb

Azərbaycanda ödənişli xidmətlərdən əldə olunan gəlirlər 16% azalıb
# 16 mart 2021 12:43 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,1% azalaraq 1213,4 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 916,6 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5%-i təşkil edib.

Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 121,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20,5 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR