Azərbaycanda orta aylıq əməkhaqqı 23% artıb

Azərbaycanda orta aylıq əməkhaqqı 23% artıb
# 12 avqust 2020 12:17 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23% artaraq 720 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

İyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və ya 5% artaraq 1695,1 min nəfər olub. Onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5%-i təhsil, 18% ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i tikinti, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR