Azərbaycanda ötən ay dövlət xətti ilə 10 mln. manata yaxın ipoteka krediti verilib

Azərbaycanda ötən ay dövlət xətti ilə 10 mln. manata yaxın ipoteka krediti verilib
  • Clock-gray 09:51
  • calendar-gray 02 İyun 2020

Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği may ayı ərzində 0,7%-ə yaxın və ya 9 969 125 manat artaraq bu il iyunun 1-nə 1 466 567 804 manat təşkil edib.

"APA-Economics"in Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna istinadən verdiyi məlumata görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı da aylıq 143 ədəd artaraq 28 961-ə çatıb. Zəmanət verilmiş kreditlərin məbləği də hesabat dövründə 86 391 000 manat təşkil edib.

Bildirək ki, həmin tarixə Fondun 775 644 002 manatlıq istiqrazı dövriyyədə olub.

Qeyd edək ki, hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə verilir.

Nərmin Rəhimova

Digər xəbərlər