Azərbaycanda ötən il ödəniş kartları ilə 118 milyon əməliyyat aparılıb

Azərbaycanda ötən il ödəniş kartları ilə 118 milyon əməliyyat aparılıb
  • Clock-gray 11:04
  • calendar-gray 28 Yanvar 2021

Azərbaycanda 2020-ci ildə ödəniş kartları ilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarının sayı təqribən 118 milyona çatıb.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Fintex Summit Online" ("Maliyyə və Texnologiyalar Sammiti") tədbirində çıxış edərkən deyib.

Onun sözlərinə görə, nağdsız ödənişlərin ümumi sayda payı illik 10 faiz bəndi artaraq 58,3%-ə yüksəlib: "Bununla da ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı ilk dəfə nağdlaşdırma əməliyyatlarını say etibarı ilə üstələyib. Həmçinin hesabat dövründə nağdsız əməliyyatların həcminin ümumi məbləğdəki payı 2019-cu il ilə müqayisədə 1,5 faiz bəndi artaraq 22%-ə yüksəlib. Ümid edirik, 2021-ci ildə nəinki say, eyni zamanda məbləğ etibarı ilə də bizim nağdsız əməliyyatların həcmi nağd əməliyyatlarını üstələyəcək".

Hüseyn Vəliyev

Digər xəbərlər